Avto FM 107.7

Avto FM 107.7

107.7 AVTO FM radiosu ! Efirimizdə yayımlanan müxtəlif verilişlərin podcastı məhz burada paylaşılır !
00:00
00:00

Resumen del episodio

"Meqapolis" verilişinin qonağı "Danilov" ayaqqabı brendinin yaradıcısı İlyas Danilov oldu. “Danilov” brendinin yaranma tarixçəsindən, ayaqqabı seçiminin insan sağlamlığı və rahatlığı üçün əhəmiyyətindən, keyfiyyətli ayaqqabı seçərkən diqqət edilməli məqamlardan, eləcə də ayaqqabıların istifadə və saxlanılma qaydalarından danışdıq.

Episodios

2607-

Ayaqqabı alarkən nələrə diqqət etməliyik? | Meqapolis

"Meqapolis" verilişinin qonağı "Danilov" ayaqqabı brendinin yaradıcısı İlyas Danilov oldu. “Danilov” brendinin yaranma tarixçəsindən, ayaqqabı seçiminin insan sağlamlığı və rahatlığı üçün əhəmiyyətindən, keyfiyyətli ayaqqabı seçərkən diqqət edilməli məqamlardan, eləcə də ayaqqabıların istifadə və saxlanılma qaydalarından danışdıq.

12 oct. 2026
2606-

Elektrikli avtomobillərin Azərbaycandakı perspektivi l "Birdən İkiyə"

"Birdən İkiyə" verilişinin qonağı avtobloger İlkin Mustafazadə oldu. Podkastda bu sualların cavabını tapacaqsınız: Ölkə daxilində (xüsusən Bakıda və regionlarda) sürətli və adi şarj stansiyalarının sayı və əlçatanlığı hazırda sürücülərin tələbatını ödəyirmi? Azərbaycanın isti yay ayları və mülayim qış şəraiti elektromobillərin batareyalarına necə təsir göstərir? Batareyaların ömrü və performans itkisi ilə bağlı narahatlıqlar nə dərəcədə əsaslıdır? Hazırda Azərbaycanda istifadə olunmuş (ikinci əl) elektromobil bazarı formalaşırmı?

09 oct. 2026
2605-

Yağı gec dəyişdirdiyiniz üçün mühərrik problemi yaşamısınız? I "Qaydaları Pozma"

"Qaydaları Pozma" verilişinin qonağı "Hykron" mühərik yağlarının rəhbəri Yelmar Rəcəbzadə oldu. Bu podkastda bu sualların cavabını tapacaqsınız: "Yağı tez-tez dəyişmək mühərrik üçün daha yaxşıdır" fikri doğrudur, yoxsa bu, sadəcə mifdir? Yağın vaxtı keçəndə mühərrikdə konkret olaraq nə baş verir? Sürücü yağın keyfiyyətinin aşağı düşdüyünü özü hansı əlamətlərdən anlaya bilər?

09 oct. 2026
2604-

Diqqət! Kofe sizi bu xəstəliklərdən qoruyur | Meqapolis

“Meqapolis” verilişinin qonağı “United Coffee Beans” şirkətinin qurucusu və icraçı direktoru Pərviz Dadaşov oldu. Kofe biznesinin yaranma hekayəsindən, kofe mədəniyyətinin inkişafından, Azərbaycanda kofe bazarının vəziyyətindən, kofenin sağlamlığa təsirlərindən, sahibkarlıq strategiyalarından, baristalığın perspektivlərindən və düzgün kofe seçiminin incəliklərindən danışdıq.

09 oct. 2026
2603-

“Səs Azərbaycan”ın qalibi Emiliyanın hekayəsi | Meqapolis

"Meqapolis" verilişinin qonağı Azərbaycanın tanınmış pop müğənnisi və musiqiçisi “Səs Azərbaycan 2015"in qalibi Emiliya Yaqubova oldu. Efir zamanı qonaqla musiqi yaradıcılığından, sənətə ilk addımlarından, “Səs Azərbaycan” müsabiqəsindən sonra həyatında baş verən dəyişikliklərdən, şəxsi həyatından və gündəlik rejimindən, Bakı-London arasında yaradıcılıq planlarından, Azərbaycan şou-biznesinə baxışından danışdıq.

07 oct. 2026